Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

Gürcüstanın ABŞ-dəki səfirinin istefası təsdiqləndi -RƏSMİ

Kobaxidze Gürcüstanın ABŞ-dəki səfirinin istefasını təsdiqləyib
Gürüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin ABŞ-dəki səfiri, sabiq xarici işlər naziri David Zalkalianinin istefa verməsini təsdiqləyib.

Yenixeber.org: Məlumata görə, bu barədə İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.

O, səfirin istefasından təəssüfləndiyini, lakin seçiminə hörmətlə yanaşdığını qeyd edib.

İrakli Kobaxidze xarici işlər nazirinin müavini Teymuraz Cancalianın isə vəzifəsini tərk etmədiyini, bunun yeni XİN başçısı olan Maka Boçorişvilinin qəbul etdiyi kadr qərarı olduğunu qeyd edib.

Baş nazir qeyd edib ki, nazir müavininə sistemdə qalmaq təklifi edilib, lakin onun hansı qərar verəcəyi məlum deyil.

Qeyd edək ki, yerli KİV ötən gün nazir müavini Teymuraz Cancalianın və David Zalkalianinin hakim partiyanın Aİ-yə prosesini dayandırmaq qərarına görə istefa verməsi barədə məlumat paylaşıb. Gürcüstan XİN-in 130-dək əməkdaşı sözügedən qərarı qınayan bəyanatı imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam