Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir

 

Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib.

"Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin alternativsiz mexanizmi olan KTMT-nin de-yure tamhüquqlu üzvüdür. Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ümid edirik ki, bizə dost olan ölkənin və bütövlükdə regionun gələcək təhlükəsizliyi naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız tam bərpa olunacaq", - o qeyd edib.

M.Zaxarovanın sözlərinə görə, Rusiya hazırkı mərhələdə Ermənistanın KTMT ilə tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapıların açıq olduğunu təsdiqləyir. "Ümid edirik ki, erməni tərəfdaşlarımız şübhələri dəf edərək birgə işi bərpa edəcəklər", - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam