Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı -SƏBƏB

 

Azərbaycan-Türkiyə dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbi açıqlanıb.

Yenixeber.org-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Daxil olan məlumata əsasən, DGK bildirir ki, qeyd olunan sıxlığın səbəbi Türkiyənin “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiq edilməsidir.

Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam