Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

Harris indi haradadır?

 

Ağ Ev noyabrın əvvəli ölkədə baş tutan prezident seçkilərində məğlub olan vitse-prezident Kamala Harrisin hazırda harada olmasına aydınlıq gətirib. Belə ki, Harris ən son noyabrın 11-də Veteranlar Günü ilə bağlı tədbirlərdə iştirak etdikdən sonra ictimaiyyət arasında görünməyib.

Yenixeber.org xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Harrisin hazırda ailəsi ilə birlikdə Havay adalarında istirahətdə olduğunu açıqlayıb:

“Vitse-prezident ailəsi ilə birlikdə vaxt keçirmək üçün işində fasilə verib. Düşünmürəm ki, burada düzgün olmayan nə isə var. Hesab edirəm ki, o, ailəsi ilə və işdən kənar vaxt keçirməyə layiqdir, vitse-prezident son dörd il ərzində çox ağır işləyib”.

Harrisin Havay adalarına noyabrın 19-da yollandığı qeyd olunub. 

Xatırladaq ki, 60 yaşlı Kamala Harris noyabrın 5-də keçirilən prezident seçkilərində Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampa məğlub olub. Seçkinin nəticəsinə əsasən, Demokratların nümayəndəsi Harris 226, Tramp isə 312 səs toplayıb. Trampın qələbəsi elan edildikdən sonra vitse-prezident məğlubiyyətini tanıyıb, rəqibini təbrik edib və hakimiyyətin sülh şəraitində təhvilini vəd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam