Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

İran şahının oğlu Trampdan Xamnei rejimini bitirməyi -İSTƏDİ

İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi ABŞ-da prezident seçkilərinin respublikaçılardan olan qalibi Donald Trampı təbrik edib.
Yenixeber.org xəbər verir ki, bu barədə Rza Pəhləvi  sosial şəbəkədəki paylaşımında bildirib.
“Sizi ABŞ prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. İlk prezidentlik dönəminizdə nəinki Yaxın Şərqi, hətta Amerika xalqını terror, qeyri-sabitlik, xaosla təhdid edən İslam Respublikasına qarşı cəsarətlə İran xalqının yanında durdunuz. İndi bu təhlükəni birdəfəlik bitirməklə tarix yazmaq və davamlı sülh mirası qoymaq imkanınız var. Bu missiyanız zamanı İran xalqı sizin ən yaxşı tərəfdaşınızdır”, - deyə Rza Pəhləvi təbrikində qeyd edib.

Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahı Məhəmməd Rza Pəhləvinin ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayır.

İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini "şah" adlandırır.
Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam