Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

Lesli Adoqame: "Afrikada tullantıların yandırılması alternativ həllərlə əvəz edilməlidir"

Afrikada tullantıların yandırılması bu istiqamətdə problemləri həll etmir.

Yenixeber.org xəbər verir ki, bunu Nigeriyanın Fəaliyyət və İnkişaf üçün Davamlı Tədqiqatlar (SRADev) təşkilatının icraçı direktoru Lesli Adoqame Metan üzrə Qlobal Öhdəlik çərçivəsində keçirilən tədbirdə bildirib.

"Tullantıların yandırılması Afrikada bu istiqamətdə problemlərin həlli üçün yol deyil. Bu, kömür yandırılması kimi çirkli enerji mənbəyidir. Üstəlik, bu, israfçı və idxal olunan texnologiyadır", - o vurğulayıb.

L. Adoqamenin sözlərinə görə, yandırmaya alternativ olaraq daha təhlükəsiz və iqtisadi baxımdan sərfəli həllər mövcuddur: "Bu alternativlər vasitəsilə təkcə sağlamlıq risklərinin qarşısı alınmır, həm də daha çox enerji istehsal olunur və ya enerjiyə qənaət edilir. Xüsusilə də sağlamlıqla bağlı xərcləri nəzərə aldıqda, bu üsullar daha ucuz başa gəlir".

İcraçı direktor əlavə edib ki, Afrikanın tullantıların idarə olunmasında daha effektiv və davamlı həllərə ehtiyacı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam