Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

COP29-da dini liderlər də iştirak edir

“Allah-təalanın bizim üçün yaratdığı dünyanı qoruyub saxlamaq hər kəsin ən müqəddəs borcudur. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir”.

Yenixeber.org xəbər verir ki, bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O xatırladıb ki, COP29 iqlimlə bağlı problemlərin həlli üçün keçirilir: “Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizin tolerant dövlət olduğunu bir daha sübut edir. 

Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-a toplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir.

Mən arzu edirəm ki, burada qəbul olunan qərarlar bütün dünyada baş verən hadisələrə öz təsirini göstərsin. Çünki bizim işğaldan azad olunam torpaqlarımız da 30 il içərisində, demək olar ki, vəhşiliklə məhv edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam