Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Rusiya Maya Sandunu Moldova Prezidenti kimi tanımadı -RƏSMİ AÇIQLAMA

Moldova Prezidenti Maya Sandu

“Maya Sandu ölkəsinin prezidenti deyil, çünki Moldovada əhalinin əksəriyyəti ona səs verməyib, söhbət bölünmüş cəmiyyətdən gedir".

Yenixeber.org: Məlumata görə, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, xaricdə yaşayan minlərlə Moldova vətəndaşına ölkədə keçirilən prezident seçkilərində səs vermək imkanının verilməməsi seçkilərin nəticələrinə təsir etməyə bilməzdi: "Bu seçkilər nə demokratik, nə də ədalətli idi".
Kremlin sözçüsü qeyd edib ki, Rusiya Moldovada seçkilərə müdaxilə etməyib: "Rəsmi Moskva etibarlı məlumatlarla dəstəklənən heç bir qınaq eşitməyib. Moldova müxalifəti qeyri-qanuni hücumlara və həbslərə məruz qalır - bu, rəsmi Kişinyovun qeyri-demokratik xəttinin təzahürüdür".
Peskov əlavə edib ki, Dnestryanı bölgənin sakinləri Moldovanın hazırkı rəhbərliyini dəstəkləməyə meyilli deyillər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam