Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Cavad Zərif vitse-prezident vəzifəsinə -QAYITDI

 

İki həftə əvvəl İran prezidentinin strateji məsələlər üzrə müavini (vitse-prezident-red.) postundan istefa vermiş Məhəmməd Cavad Zərif yenidən həmin vəzifəyə qayıtdığını bildirib.

Yenixeber.org xəbər verir ki, Məhəmməd Cavad Zərif X sosial media hesabındakı paylaşımında vəzifəsinə qayıtdığını açıqlayıb.Zərifin paylaşdığı mesaj belədir:

“Bu gün möhtərəm prezidentimizin cəsarətini və sədaqətini nümayiş etdirən, qadın və etnik qrupların yer aldığı Nazirlər Kabinetinin üzvləri İnqilab rəhbəri ilə görüşə getdilər. Ümid edirəm ki, bunun nəticəsi xalq üçün qurulmuş milli birlik olacaq.

Ümid edirəm ki, çatışmazlıqlar da aradan qaldırılacaq.

Mən və həmkarlarım fəxr edirik ki, Nazirlər Kabinetinin demək olar ki, 70 faizi İcraiyyə Şuradakı bir çox ekspertlərin tövsiyəsi ilə seçilib.

Möhtərəm Prezidentimizin diqqətlə izlənməsi və göstərişləri ilə bundan sonra da Allaha təvəkkül edərək, xalqın dəstəyi ilə strateji məsələlər üzrə müavin kimi vəzifə borcumu yerinə yetirəcəyəm.

“İnqilab rəhbərinin Nazirlər Kabineti üzvləri ilə görüşünə gecikdiyimə görə də üzr istəyirəm”.

Xatırladaq ki, Məsud Pezeşkian prezident seçildikdən az sonra eks-xarici işlər naziri Məhəmməd Cavad Zərifi İranın strateji məsələlər üzrə vitse-prezidenti təyin etmişdi. Lakin təyinatdan 10 gün sonra Məhəmməd Cavad Zərif prezidentin nazir seçimlərindən narazılıq edərək istefa vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam