Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Zaporojye AES -in bütün blokları bağlandı

 AES-də “Ferrosplavnaya-1” yüksək gərginlikli elektrik xətti kəsilib.

Yenixeber.org xəbər verir ki, bu barədə stansiyanın Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, AES-in bütün blokları hazırda bağlanıb və “soyuq dayanma” vəziyyətindədir.

“Təhlükəsizlik normalarının pozulması halları və radiasiya qeydə alınmayıb. Stansiyada və ətraf ərazilərdə radiasiya fonu təbii fon dəyərlərindən çox deyil”, - məlumatda bildirilib.

Bildirək ki, Zaporojye AES- Dnepr çayının sol sahilində, Ukraynanın Enerqodar şəhəri yaxınlığında yerləşir. Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada 1 giqavat gücündə altı enerji bloku var. 2022-ci ilin oktyabrında Rusiya AES –i nəzarətinə keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam