Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb-FOTOLAR

 

Azərbaycan Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi getdikcə daha fəal şəkil alır.

Yenixeber.org xəbər verir ki, Avqustun 13-də Hacıqabul şəhər Mədəniyyət Mərkəzində deputatlığa namizəd və son beş çağırışda Azərbaycan Milli Məclisinin üzvü Rafael Hüseynovla görüş keçirilmişdir.

Şəhər ictimaiyyətinun 300-dən artıq nümayəndəsinin toplaşdığı tədbirin əvvəlində Rafael Hüseynov auditoriyaya müraciətlə bildirmişdir ki, bu salonda əvvəllər də dönə-dönə çıxış etsə, o cümlədən Milli Məclisə seçkilərlə bağlı xeyli görüşlərə qatılsa da, bu dəfəki görüş və qarşıdakı seçkilər bütün əvvəlkilərdən mahiyyətcə büsbütün fərqlənir. Çünki indiki parlament seçkiləri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilmiş olduğu, 30 ilə yaxın müddətdə işğal altında saxlanmış, indi azadlığına qovuşmuş torpaqlarda bayrağımızın yüksəldiyi, o ərazilərdə və bütün ölkədə möhtəşəm quruculuq işlərinin getdiyi şəraitdə baş tutur.

Rafael Hüseynov Hacıqabulun inkişafı ilə bağlı son illərdə görülmüş genişmiqyaslı işlərdən və həllini gözləyən problemlərdən söz açmış, Milli Məclisin üzvü olaraq Hacıqabulun səsinin lazımi ünvanlara çatmasında, qaldırılan məsələlərin həllində göstərdiyi səylərdən bəhs etmişdir.

Daha sonra Rafael Hüseynov görüşə toplaşanların çoxsaylı suallarını cavablandırmışdır.

Görüş bitdikdən sonra da ayrı-ayrı şəhər sakinləri xahiş və istəkləri ilə Rafael Hüseynova müraciət etmiş, bununla bağlı da geniş müzakirələr aparılmışdır.

Səmimiyyət şəraitində keçən görüş 2 saatdan artıq davam etmişdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam