Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Rusiya Kiyevdəki hökumət məhəlləsini vurmağa -HAZIRLAŞIR?

"Putin Kiyevdəki hökumət məhəlləsinə hücum edərək Ukraynadan qisas ala bilər".

Yenixeber.org xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Kiyevdəki parlament və digər hökumət binalarına raket hücumlarına hazırlaşır.

“Rusiya dünyaya hər şeyə qadir olduğunu və Kursk məsələsinin cəzasız qalmayacağını göstərmək üçün çox sərt cavab verməlidir, nəhəng bir şey etməlidir”, - ukraynalı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiya Kiyevə yüzlərlə raket zərbəsi endirə bilər. Ukrayna ordusunun nümayəndəsi bunu hava hücumundan müdafiə üçün “böyük problem” hesab edir, lakin Ukraynanın belə bir hücumu dəf edə biləcəyinə inanır.

Digər bir ukraynalı məmur AFP-yə Rusiyanın Ukraynadakı “qərar vermə mərkəzlərinə” irimiqyaslı raket hücumu hazırladığını təsdiqləyib. Bu zaman dövlət binaları da nəzərdə tutulur.

Bunun nə vaxt baş verə biləcəyi hələ də bəlli deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam