Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

AHİK-in “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub -FOTOLAR

 

Avqustun 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub.

Yenixeber.org xəbər verir ki, mərkəzdə 100 nəfərlik dördmərtəbəli iki yataq korpusu yaradılıb, bütün otaqlar lazımi əşyalarla təmin olunub.

Qeyd edilib ki, mərkəzdə ittifaq üzvlərinin rahat dincəlmələri üçün istirahət guşələri də mövcuddur.

Mərkəzin ərazisində ikimərtəbəli müalicə korpusu da var ki, bunun da birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri yerləşir.

Bundan başqa, mərkəzdəki qapalı hovuz istirahət edənlərin istifadəsinə veriləcək.

Həmçinin müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan zalda hər cür şərait yaradılıb.

Ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

AHİK-in sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev istirahət mərkəzinin ərazisini gəzib, korpuslara baxış keçirib, istirahət üçün yaradılmış şəraitlə tanış olub.

Yaradılmış şəraiti yüksək qiymətləndirən Konfederasiya sədri mərkəzin rəhbərliyinə xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi və yarana biləcək hər hansı problemin dərhal aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam