Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın Rusiya Federasiyasının Kursk vilayətinə hücumu nəticəsində bir feldşer və təcili yardım avtomobilinin sürücüsü həlak olub, bir həkim isə yaralanıb.
Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, hücum nəticəsində ümumilikdə xəsarət alanların sayı 28-dir.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə qüvvələri Kursk vilayəti üzərində 4 təyyarə tipli PUA-nı məhv edib.










AZ
RU
