Haniyənin ölümü ilə bağlı həbslər başladı -İRANDA
İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürüldüyü hərbi qonaq evinin mühafizəsinə məsuliyyət daşıyanların həbsi başlayıb.
Yenixeber.org-un məlumatına görə, həbs olunanların sırasında yüksək rütbəli kəşfiyyatçılar, hərbi məmurlar da var.
Hücumdan dərhal sonra təhlükəsizlik agentləri qonaq evinin bütün əməkdaşlarını təcrid edib və onların elektron cihazlarını, o cümlədən mobil telefonlarını müsadirə ediblər. Agentlər həmçinin Tehranın təhlükəsizliyinə cavabdeh olan yüksək səviyyəli kəşfiyyat zabitlərinin və hərbi zabitlərin ifadəsini alıblar.
İranın kəşfiyyat xidməti hələ də ölkədə “Mossad”ın işə götürdüyü agentlərin olduğuna inandığını bildirib.(The New York Times)










AZ
RU