Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

ABŞ 2025 -ci ildə hərbi arsenalına süni intellektli bir neçə min PUA daxil edəcək

 

ABŞ Silahlı Qüvvələri 2025-ci ilin avqust ayına qədər süni intellekt funksiyalarına malik bir neçə min pilotsuz uçuş aparatı (PUA) və amfibiya aparatlarından istifadə edəcək.

Yenixeber.org xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Yaponiyanın "Sankei" nəşrinə müsahibəsində deyib.

"Bunlar ucuz sistemlərdir və insanların müharibə təhlükəsinə daha az məruz qalmasına imkan verir. Süni intellekt bu dronların zəif kommunikasiya şəraitində müstəqil fəaliyyətinə şərait yaradacaq”, - o bildirib.

Nazir müavini belə dronların silahlanmaya qəbul edilməsinin Çinə qarşı tədbir olduğunu vurğulayıb: "Çinlə strateji rəqabət dövründə texnoloji yeniliklərə fərqli yanaşmalıyıq”.

Hiksin sözlərinə görə, əməliyyatlarda pilotsuz sistemlərdən istifadə yalnız birinci mərhələdir və bundan sonra süni intellekt funksiyalarına malik hərbi qurğuların yerləşdirilməsinin ikinci dalğası gələcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam