İsrail ordusu: “Hizbullah” Yaxın Şərqi geniş miqyaslı eskalasiyaya doğru aparır
“İsrail regionda müharibədən qaçmağa üstünlük verir, lakin hesab edir ki, “Hizbullah” hərəkatı Livan və Yaxın Şərqi geniş miqyaslı eskalasiyaya doğru aparır”.
Yenixeber.org-un xəbərinə görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri istənilən ssenariyə tam hazırdır:
“Hətta “Hizbullah”ın davam edən təcavüzü, qəddar hücumları Livan xalqını və bütün Yaxın Şərqi geniş miqyaslı eskalasiyaya sürükləyir. “Hizbullah”ın döyüşçüləri 2023-cü il oktyabrın 7-də Fələstinin “HƏMAS” hərəkatının radikalları tərəfindən İsrailə qarşı həyata keçirilən hücuma dəstək verib, ertəsi gün onlarla döyüşlərə qoşulublar”.










AZ
RU