Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Elman Türkoğlu da parlament seçkilərinə namizədliyini verdi

 Türk dünyasının bayraqdarı kimi tanınan Elman Türkoğlu da Milli Məclisdə təmsil olunmağa iddialıdır

Meydan Hərəkatının fəallarından olan, daha çox Elman Bayraqdar kimi tanınan Elman Türkoğlu 73 saylı Masallı - Cəlilabad Seçki Dairəsindən parlament seçkilərinə namizədliyini verib. Bu haqda Yenixeber.org-a Elman bəy özü məlumat verib: Mən Meydan Hərəkatının ilk günlərindən Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparanlardanam. Bu mübarizədə mənim rolum və yerim hər kəsə məlumdur. Dünən mübarizəmizin müstəvisi başqa idi, bu gün isə fərqlidir...

Dostların, ətrafımın məsləhəti, bir az da təkidi ilə parlament seçkilərinə 73 saylı Masallı- Cəlilabad Seçki Dairəsindən qatılmağa qərar verdim. Azərbaycanın hər parçası kimi bu bölgə də, mənim üçün doğmadır. Doğulub, byüdüyüm ocaqdır.

Onu da deyim ki, mən Klassik Xalq Cəbhəsi Partiyasının üzvü olmağıma baxmayaraq, namizədliyimin partiyaya aidiyyatı yoxdur. Bu seçkilərə partiya üzvü kimi deyil, müstəqil Elman Türkoğu olaraq qatılmışam. Əminəm ki, hər şey yaxşı olacaq.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam