Azərbaycanda hərbi jurnalist Ədil Arifoğlu 56 yaşında vəfat edib.
Yenixeber.org: Bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi hərbi jurnalist Ədil Arifoğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru, Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.
Allah rəhmət eləsin!










AZ
RU
