Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Harrisi dəstəkləyirmiş

ABŞ-nin keçmiş prezidenti (2009-2017) Barak Obama vitse-prezident Kamala Harrisin prezident vəzifəsinə namizədliyini dəstəkləyəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə “NBC” mənbələrinə istinadən məlumat yayıb.

“O, müntəzəm olaraq onunla danışır və onun üçün yaxşı bir başlanğıc olduğunu düşünür”, - deyə nəşr qeyd edib.

Bildirilib ki, digər partiya liderləri onu açıq şəkildə dəstəkləsələr də, Obama indiyə qədər dəstəyini gizli saxlayıb. Məlumata görə, hər iki siyasətçinin köməkçiləri onların seçki kampaniyası zamanı bir yerdə görünmə ehtimalını müzakirə ediblər, lakin dəqiq tarix heç vaxt seçilməyib.

Mişel Obamanın da Harrisin namizədliyini dəstəklədiyi deyilir. Nəşr yazıb ki, Obama Harrisə son günlərdəki görüşləri zamanı kampaniya və Ağ Ev barədə məsləhət verib.

Qeyd edək ki, “The New York Post” qəzeti Barak Obamanın vitse-prezident Kamala Harrisin seçkilərdə ölkənin sabiq lideri Donald Trampa qalib gələ bilməyəcəyinə inanmaması ilə bağlı məlumat dərc edib.

Xatırladaq ki, Bayden iyulun 21-də seçki yarışından çıxdığını elan edib və Harrisin namizədliyini dəstəkləyib. Tramp da öz növbəsində dəfələrlə bildirib ki, onun üçün hazırkı vitse-prezidenti məğlub etmək Baydendən daha asan olacaq. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam