Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Sui-qəsddən əvvəl drondan istifadə edibmiş

 

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açan şəxs Pensilvaniyada təşviqat mitinqinin başlamasından bir neçə saat əvvəl ərazidə kəşfiyyat aparmaq üçün havaya dron buraxıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, 20 yaşlı Tomas Metyu Kruksun avtomobilindən dron və dron avadanlıqları aşkar edilib.

Mənbənin “NBC” nəşrinə verdiyi məlumata görə, pilotsuz uçuş aparatı Kruksa hücumunu planlaşdırmağa kömək edə biləcək yuxarıdan görüntü əldə etməyə imkan verib.

Lakin hələdə onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

Xatırladaq ki, iyulun 14-də 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. O, Məxfi Xidmətin əməkdaşları tərəfindən zərərsizləşdirilib.(“NBC News”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam