Toivo Klaar davamçısını təbrik etdi
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu vəzifədə onun davamçısı olan Maqdalena Qrononu təbrik edib.
Yenixeber.org xəbər verir ki, bu barədə avropalı diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Təbriklər Magdalena. O bu vəzifə üçün zəngin təcrübəyə malikdir", - T.Klaar vurğulayıb.
Qeyd edək ki, Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsinin namizədliyini təsdiqləyib.










AZ
RU