Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq- FOTO

 

Avropa İttifaqının (Aİ) minatəmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclası keçirilir.

Yenixeber.org xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Minalardan təmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclasında iştirak edirəm. Biz qürur duyuruq ki, Aİ-nin dəstəyi ilə Azərbaycanda insanların həyatı xilas edilir, o cümlədən konkret nəticələr əldə edilir. Xüsusilə qadın minatəmizləyicilərdən ibarət ilk komandanın yaradılması və bu prosesə Avropadan qeyri-hökumət təşkilatlarının (Links Europe, MAG, APOPO, IEPF) cəlb edilməsi qürurvericidir”, - paylaşımda vurğulanıb.

Diplomat, həmçinin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərliyinə “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) layihəsinin həyata keçirilməsində əməkdaşlığa görə təşəkkürünü bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam