Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib -YENİLƏNİB / FOTOLAR

 

Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubovla keçirilən vida mərasimi başa çatıb.

Yenixeber.org-un məlumatına görə, şəhidlərin nəşi Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Xocalı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər bu il martın 31-də rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubovun nəşi Xocalı şəhərinə gətirilib.

Hazırda şəhidlərlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.

Şahin Talış oğlu Məmişov 1959-cu il noyabrın 12-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Ələddin Bəhlul oğlu Paşayev 1961-ci il noyabrın 8-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonunun Dəhraz kəndində anadan olub.

Nemət Musa oğlu Şahmuradov 1962-ci il dekabrın 26-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Zakir Kamran oğlu Usubov 1964-cü il dekabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Onlar Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.(Report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam