Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Japarovun qardaşının qalmaqallı kürəkəni saxlanıldı -“Özünə “Krişa” axtarırmış”

Qırğızıstan Prezidenti Sadır Japarovun qardaşının kürəkəni saxlanılıb.

Yenixeber.org: Qeyd olunub ki, Aftandil Sabırbekov istintaq təcridxanasına göndərilib.

Bununla bağlı Bişkekin Pervomayski rayon məhkəməsi qərar qəbul edib.

Kürəkən qanunsuz olaraq narkotik, psixotrop maddələr və onların analoqlarını hazırlamaqda (Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 282-ci maddəsi) təqsirləndirilir.

O da bildirilib ki, Aftandil Sabırbekov 2024-cü il avqustun 3-dək istintaq təcridxanasında qalacaq.

Dövlət başçısının mətbuat xidməti isə xəbəri belə şərh edib:

“Təsdiq edirik ki, prezidentin kiçik qardaşı qızının nişanlısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Gənc oğlan qeyri-qanuni fəaliyyətini davam etdirmək üçün hakimiyyətdə olan insanları alətə çevirmək, özünə “Krişa” tapmaq istəyirmiş”.

Xatırladaq ki, bir müddət öncə Aftandil Sabırbekov Prezident Sadır Japarovun qardaşı qızına ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus helikopteri evlilik təklifi zamanı istifadəsi ilə gündəmə gəlmişdi.

Prezident Japarov isə qardaşı qızının bu hərəkətinə görə xalqdan üzr istəmişdi.(Lenta)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam