Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Spiker: “Gürcü Arzusu” Aİ-ni MAR-dakı missiyasının pozulmasından xilas edib

 

Avropa İttifaqı (Aİ) Mərkəzi Afrika Respublikasında hərbi missiyada iştirak etmək istəyən üzv dövlətləri tapa bilməyəndə Gürcüstan 150 əsgər göndərərək missiyanı xilas edib.

Yenixeber.org xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Facebook” paylaşımında belə qeyd edib.

O, Gürcüstanın bu missiyada ən böyük hərbi kontingenti olan ikinci ölkə olduğunu xatırladıb:

“Biz xatırlamalıyıq ki, 2014-cü ildə Avropa İttifaqı Mərkəzi Afrika Respublikasında (EUFOR RCA) hərbi missiyada iştirak etmək istəyən üzv dövlətləri tapa bilməyəndə “Gürcü Arzusu” hökumətinin qərarı ilə Gürcüstan 150 əsgər göndərərək missiyanı xilas etdi. Biz bu çox çətin əməliyyatda yeganə qeyri-Aİ ölkəsi idik və Fransadan sonra (ən böyük) hərbi kontingenti olan ikinci ölkə idik”.

Qeyd edək ki, Aİ “xarici agentlər” qanunun qəbul edilməsinə cavab olaraq Gürcüstan Müdafiə Qüvvələri üçün nəzərdə tutulmuş 30 milyon avronu dondurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam