Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.

Yenixeber.org xəbər verir ki, iyunun 27-də Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunacaq.

Elə həmin gün Zeynalov Ucar Fidail oğlunun qalıqları Göygöl rayonunda, Əsgərov Əhliman Vahid oğlunun cəsədlərinin qalıqları isə Şəmkirdə dəfn ediləcək.

İyunun 28-də isə digər şəhidlər - Cavadov Elman Xurşud oğlu Sumqayıt Şəhidlər Xiyabanında, Əbdürəhmanov Yasin Şakir oğlu Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində, Yaqubov Fəqan Misir oğlu isə Tərtər rayonunun Sarıcalı kəndində torpağa tapşırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam