Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Səfirliklərdən Cəbrayıldakı partlayışla bağlı başsağlığı

 

Türkiyənin Azərbaycandakı Səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışla bağlı başsağlığı verib.

Yenixeber.org xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib:

“Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşının Cəbrayıl rayonunda baş verən mina partlayışı səbəbindən həlak olması və digər əməkdaşların yaralanması xəbəri bizi kədərləndirdi. Həlak olan ANAMA əməkdaşına Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.

Bununla yanaşı, ABŞ-nin də Azərbaycandakı Səfirliyi hadisə ilə bağlı feysbuk hesabında paylaşım edib. 

Paylaşımda deyilir: “Bu gün mina partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir”.

Xatırladaq ki, bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam