Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirildi

 

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Yenixeber.org: Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Müşavirədə bir sıra məsələlər müzakirə edilib.

Qeyd olunub ki, Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən monitorinq qrupları rayonlar üzrə mütəmadi olaraq reydlər keçirir və mövcud çatışmazlıqlar müəyyən edilərək aradan qaldırılması üçün aidiyyəti qurumlara və yerli RİH-nə göndərilir.

Paytaxt ərazisində təmizlik məsələlərinin daha da yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəhbərliyinə tövsiyə edilib ki, rayon MKTB-nin rəhbərləri ilə birgə bu məsələlər müzakirə edilsin, aşkar edilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülsün. Həmçinin şənbə günü təmizliklə bağlı ümümşəhər daxili iməciliyinin keçirilməsi tapşırılıb.

Qərara alınıb ki, paytaxtın rayonlarında tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya yaradılsın və onun üzvləri aidiyyəti qurumların nümayəndələri ilə birgə təmir işlərinin monitorinqini həyata keçirsinlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam