Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?

İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır. Bəzən arqument kimi deyirlər ki, qohum olmayanın da xəstə uşağı olur. Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur.

Yenixeber.org xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova deyib.

“Bu onu göstərir ki, ölkəmizin genefonduna böyük zərbə dəyir. Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Bu, birinci dərəcəli qohumlar arasında qadağandır. İkinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? Bunu qanunda yazsaq işləyəcəkmi? O qədər gözəl qanun var, amma işlək mexanizm yoxdur. Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir. Haçansa hansısa formada qanunvericiliyə müəyyən şərtlər daxilində icazə və ya müxtəlif hallarda məhdudlaşdırılma kimi dəyişikliklər edilə bilər. Burada real iş maarifləndirmənin gücləndirilməsi və bunun fəsadlarının cəmiyyətə çatdırılmasıdır", - deputat qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam