Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

"Azərbaycanın maliyyə sektorunun yeni alətləri cox ciddi risk təhlilindən keçirilməlidir" -RƏSMİ

 

Azərbaycanın maliyyə sektorunun yeni alətləri, istər ödəniş təşkilatı olsun, istərsə də elektron pul təşkilatı cox ciddi risk təhlilindən keçirilməlidir.

Yenixeber.org xəbər verir ki, bunu Maliyyə Monitorinq Xidmətinin nəzarət və hüquq-mühafizə orqanları ilə iş üzrə departamentinin direktoru Nurlan Babayev Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, tənzimləmə ilə bağlı məsələlərə gəldikdə isə həm elektron pul təşkilatları, həm də elektron pul təşkilatları çox spesifik təşkilatlardır:

"Onlar innovasiyada öncü oldular. Bütün innovativ həlləri ilk olaraq onlar təqdim edirlər. Ancaq xüsusiyətləri ilə əlaqədar böyük risklərə məruz qalırlar. Eyni zamanda da ənənəvi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (AML/CFT) standartlarına sığmırlar. Deməli yeni həllər lazımdır. Bazarın özü digital transformasiyaya məruz qalıbsa, AML/CFT standartları, eləcə də digər tənzimləmə alətləri də digital transformasiyaya məruz qalmalıdır."

N. Babayev qeyd edib ki, hazırda Azərbaycanın maliyyə sektoru digital transformasiyada bir addım geridədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam