Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

2023-cü ildə ərzaq böhranı Latın Amerikasında -13,8 milyon insana təsir edib

Latın Amerikası və Karib hövzəsində ötən 2023-cü il hava müşahidələri tarixində ən isti il ​​olub. Bu cür hava insan sağlamlığına, ərzaq və enerji təhlükəsizliyinə, regionun iqtisadi inkişafına güclü təsir göstərib.

Yenixeber.org xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, Mərkəzi Amerika və Karib hövzəsində təbii fəlakətlər səbəbindən 13,8 milyon insan kəskin qida böhranı ilə üzləşib.

Qeyd olunub ki, planetdə iqlim dəyişikliyi nəticəsində yaranan təbii hadisələr - quraqlıq, daşqınlar, Atlantik okeanının çaylarında və sahilyanı ərazilərində suyun temperaturunun yüksəlməsi regionda kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərib.

Nəticədə xüsusilə Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində 13,8 milyon insan üçün kəskin ərzaq böhranı vəziyyəti yaranıb.

Balıqçılığın əsas iqtisadi sektorlardan biri olduğu Ekvador və Peru sakinləri də çətinliklərlə üzləşiblər. Belə ki, iqlim dəyişikliyi okean suyunun temperaturunun artmasına səbəb olub və bu, tutulan balıqların həcminə mənfi təsir edib.

Təbii fəlakətlər ən çox 2023-cü ildə Cənubi Amerikanın ən böyük ölkəsi Braziliyaya təsir edib. Təkcə sentyabr ayında ölkə ərazisindən siklonun keçməsi 54 nəfərin ölümünə səbəb olub.

İndi Braziliya daha çətin vəziyyətlə üzləşib. Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıq 140-ı ötüb, ümumilikdə 2,1 milyon insan tüğyan edən fəlakətdən zərər çəkib.

Şiddətli hava hadisələri 2023-cü ildə regionun əsas gəmiçilik marşrutlarından biri olan Panama kanalının fəaliyyətinə də ciddi təsir göstərib, burada su səviyyəsi aşağı düşüb və gəmilərin nəqliyyat arteriyasında hərəkəti çətinləşib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam