Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü ola bilər? -AÇIQLAMA

 

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün perspektivlərini şərh etməkdən yayınıb.

Yenixeber.org xəbər verir ki, nazir müavini jurnalistlərin sualına cavabında belə deyib:

“Diplomat kimi mən proqnoz verməkdən çəkinməyə üstünlük verərdim”.

Qaluzin bildirib ki, Rusiya tərəfinin Ermənistan və Azərbaycana liderlərin 2020 və 2022-ci ildə formalaşdırdıqları prinsiplər əsasında sülh danışıqları üzrə dialoqu davam etdirmək çağırışı qüvvədə qalır.


Daha əvvəl MDB-nin baş katibi Sergey Lebedev dekabrın 26-da Sankt-Peterburqda quruma üzv ölkələrin liderlərinin  qeyri-rəsmi görüşünün keçiriləcəyini bildirib. Onun sözlərinə görə, son vaxtlar Rusiyanın iştirakı ilə keçirilən tədbirləri boykot edən Ermənistan Baş naziri Nikol Paşinyanın da Sankt-Peterburqa gələcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam