Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Avropa imtina etsə, gürcülər məğlub, Rusiya qalib olacaq- Zurabişvili

 

"Ölkəyə Aİ üzvlüyünə namizəd statusunun verilməsindən imtina gürcülər üçün məğlubiyyət, Rusiyanın isə qələbəsi olacaq".

Yenixeber.org xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Azadlıq radiosu"na müsahibəsində bildirib.

O deyib ki, qərar yaxın günlərdə veriləcək. Zurabişvilinin fikrincə, imtina gürcüləri böyük məyusluğa, Rusiyanı isə eyni dərəcədə qane olmağa sövq edəcək.

"Belə olsa, Rusiya Gürcüstanın boz zonada qalacağına inanacaq. Rusiya üçün bu, Gürcüstanla "oynamaq olar" deməkdir", - Zurabişvili əlavə edib.

Dekabrın 14-dən 15-dək Avropa İttifaqının sammitində genişlənmə məsələləri müzakirə olunacaq. Nəticələrə əsasən, Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusu ala bilər. Həmçinin, Ukrayna, Moldova və Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamasına icazə verilə bilər.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Gürcüstan hakimiyyəti həm Rusiya, həm də Qərblə yaxınlaşmağa çalışır. 2023-cü ilin oktyabrında daha çox rusiyayönlü mövqe tutan hakim “Gürcü arzusu” partiyası Zurabişvilini impiçment etməyə cəhd etsə də, buna nail ola bilməyib. Müsahibədə prezident hakim partiyanı demokratiyanı və Gürcüstanın Avropa gələcəyini öldürməkdə ittiham edib.

Qeyd edək ki, 2024-cü ildə Gürcüstanda parlament seçkiləri keçirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam