Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

AZAL Bakı ilə Doha arasında uçuşlar həyata keçirəcək

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Dohaya reys açaraq marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Yenixeber.org verilən məlumata görə, AZAL-ın Bakı-Doha-Bakı marşrutu üzrə ilk uçuşu dekabrın 10-da həyata keçiriləcək. 

Bu istiqamətdə uçuşlar həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Doha mədəni görməli yerləri, dəbdəbəli hotelləri və bir çox əyləncəsi ilə turistlər üçün maraqlı olan gözəl və müasir şəhərdir.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam