Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verdi

 

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib.

Bu barədə Yenixeber.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Rusiya Federasiyasında zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma əməlinin törədilməsində təqsirləndirilərən Türkmənistan vətəndaşı Atamıradov Maqtımqulı Atamıradoviçin və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar qəsdən adam öldürmə və quldurluq əməllərinin törədilməsində təqsirləndirilən Rusiya vətəndaşı Nəsirov Sərdar Süleyman oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma əməlinin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Rusiya vətəndaşı Mikailov Misir Babaqədir oğlunun barəsində çıxarılmış hökmün icrasını təmin etmək üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

M.Atamıradov cari ilin sentyabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, S.Nəsirov ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərilə, M.Mikailov isə bu ilin avqust ayında Sabunçu RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və barələrində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan şəxslər barəsində "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərarlar qəbul edilib və onlar bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil veriliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam