Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Somali prezidentinin oğlu İstanbulda gəncin ölümünə səbəb oldu -FOTO

 

İstanbulda Somali prezidenti Həsən Şeyx Mahmudun oğlu Məhəmməd Həsən Şeyx Mahmud yol qəzası keçirib.

Yenixeber.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 06 CD 4581 nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkət edən motosikleti arxadan vurub. Hadisə nəticəsində motosiklet sürücüsü Yunus Emre Göçer ağır yaralanıb. Gənc oğlan aparıldığı xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, hadisə noyabr ayında qeydə alınıb. Hadisə yerinə gələn yol polisi qrupları heç bir görüntüyə baxmadan "motosiklet sükanın idarəetməsini itirib, daha sonra səkiyə çırpılaraq avtomobilin qarşısına yıxılıb" deyə məlumat yayıb. Qəzanın səbəbkarı olan prezident oğlu isə sərbəst buraxılıb. 

Lakin günlər sonra həqiqət üzə çıxıb. Mərhumun dostları qəzanın görüntülərini paylaşıb.  

Somali prezidentinin oğlu yenidən polis idarəsinə çağırılıb. Faktla bağlı araşdırma başladılıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam