Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Zelenski-Zalujnı qarşıdurması böyüyür

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün “böyük zərbə” olacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə “NBC News”un “Əks-hücum uğursuzluğa düçar olduğu üçün Ukrayna diqqətini özünə, Rusiyaya və dünyaya dəyişməklə mübarizə aparır” məqaləsində deyilir.

“Bəzi dairələr prezidenti tənqid edib ki, o, müharibə şəraitində gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə qarşı olduğunu açıq şəkildə bəyan edib və Kiyev meri Vitali Kliçko ölkənin avtoritarizmə doğru getdiyini bildirib”, - məqalədə deyilir.

Məqalə müəllifləri qeyd edirlər ki, “Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının vəzifəsindən azad edilməsi “qaçılmaz avtoritarizm haqqında” tezisin növbəti təsdiqi olacaq.

Məlumatlara görə, son vaxtlar Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasındakı ziddiyət açşq müstəviyə keçib. Zelenskinin Zalujnını vəzifəsindən azad etmək istədiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam