Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir.

Yenixeber.org: Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin yaydığı məlumata görə ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul Qaydaları”na əsasən, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul ilk dəfə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçirilir.

Test imtahanında hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub-anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir. Hər bir namizəd üçün imtahanda 120 dəqiqə vaxt ayrılır.

Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində namizədlər ünsiyyət və təqdimetmə bacarığı, liderlik və idarəetmə bacarığı, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi meyarları əsasında 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibədə 3,5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilir. Müsahibə mərhələsinin nəticəsinə əsasən, namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılacaq.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə, ilk növbədə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam