Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu xəstəxanalara yeni təyinatlar oldu -SİYAHI

Yenixeber.org: Qurumun yaydığı məlumata görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və aidiyyəti üzrə struktur bölmə rəhbərləri təyin edilib.

Belə ki, Sabunçu, Suraxanı və Xətai tibb mərkəzlərinə yeni direktor təyinatları həyata keçirilib.

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Nurəngiz Bəşirova təyin edilib. O, bundan əvvəl Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə isə Ələkbər Tağıyev təyin olunub. Ə.Tağıyev uzun müddət  M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru kimi çalışıb.

M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru vəzifəsinə Aybəniz Saniyeva gətirilib. A.Saniyeva bu təyinatadək Suraxanı Tibb Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.

Eyni zamanda Mərkəzi Neftçilər Xəstəxanası, Bakı Baş Səhiyyə Mərkəzi, Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanasına da aidiyyəti üzrə struktur bölmə rəhbərlərinin təyinatı reallaşıb.

Saleh Hüseynov Mərkəzi Neftçilər Xəstəxanasının direktorunun terapiya işləri üzrə müavini vəzifəsinə təyin edilib ki, o, bundan əvvəl sözügedən xəstəxananın Kardiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun müavini vəzifəsinə Leyla Şərifova təyinat alıb.  O, uzun müddət 5 nömrəli Şəhər Poliklinikasının baş həkimi kimi fəaliyyət göstərib.

Sabunçu Tibb Mərkəzinin direktorunun müavini, baş həkim vəzifəsinə Talıb Məmmədov təyin edilib. T.Məmmədov bundan əvvəl Liv Bona Dea Hospitalın Sahələrdə tibbi xidmət şöbəsinin müdiri vəzifəsində işləyib.

Yeni Klinikanın direktorunun müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri vəzifəsinə təyin edilən Eldar Əhmədov Liv Bona Dea Hospitalın baş həkiminin müavini, cərrah-transplantoloq kimi fəaliyyət göstərib.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini – baş həkim (Saray modul tipli vərəm əleyhinə xəstəxana üzrə) vəzifəsinə isə Fizuli Cəfərov təyin edilib. F.Cəfərov bundan əvvəl Samux Rayon Mərkəzi Xəstəxanasının həkim-ftiziatrı vəzifəsində çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam