Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Latviya Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

 

Latviya Prezidenti Eqils Levitsin Azərbaycana səfər proqramı açıqlanıb.

Yenixeber.org: Bu barədə Latviya Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Eqils Levits martın 8-9-da Azərbaycanda rəsmi səfərdə olacaq.

O, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və X Bakı Qlobal Forumunun açılışında iştirak edəcək.

Qeyd olunub ki, həmçinin Latviya Prezidenti ADA Universitetini ziyarət edəcək, iş adamları ilə görüşlər keçirəcək, İ.Kruminas və R.Deqatinin sərgilərinə baş çəkəcək.

Eləcə də E.Levitsin Yazep Medınışa həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak edəcəyi nəzərdə tutulur.

“30 ildir ki, Latviya və Azərbaycan arasında sıx ikitərəfli münasibətlər var. Azərbaycan Prezidentinin və Qlobal Bakı Forumunun təşkilatçılarının dəvəti ilə baş tutacaq səfər iki ölkəyə regional təhlükəsizliyə dair cari çağırışları, həmçinin bərpa olunan enerji sahəsində ümumi tərəqqi nəzərə alınmaqla enerji sektorunda əməkdaşlığı müzakirə etmək imkanı verəcək”, - məlumatda qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam