Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanlı "Cananə"yə aşiq olan erməni agenti -DTX səs yazısını və görüntülərini yaydı

İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

Yenixeber.org: Filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycan vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə necə əlaqə qurmalarından bəhs olunub.

Beləki filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Artur Arustamyanın Azərbaycan vətəndaşı ilə əlaqə qurması və ifşa olunması əks olunub.

A.Arustamyan şərti adı Cananə olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə yazışmalara başlayır və ondan məlumatlar toplamağa çalışır.

Daha sonra isə A.Arustamyan "Cananə"yə aşiq olur və özü haqqında bir çox şeyi "Cananə"yə etiraf edib. “Baş tutmayan tələ” sənədli filmində erməni agentin səs yazısı və görüntüləri də əks olunub.

O, hətta kimliyini isbat etmək üçün Ermənistan baş naziri Nikol Paşinyanla olan iclasdan şəklini də "Cananə"yə göndərir.

Qeyd edək ki, A.Arustamyan sosial şəbəkələr vasitəsilə müxtəlif Azərbaycan vətədanşları ilə dialoqlar quraraq məlumatlar toplamağa çalışıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam