Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Naxçıvanda xəstəxanalar Türkiyədə zəlzələdə zərər çəkənlərin müalicəsi üçün hazır vəziyyətdədir

Naxçıvanda xəstəxanalar Türkiyədə zəlzələdə zərər çəkənlərin müalicəsi üçün hazır vəziyyətdədir
Naxçıvan Muxtar Respublikasının bütün xəstəxanaları Türkiyədə zərər çəkən bacı-qardaşlarımızı qəbul etməyə hazırdır.

Yenixeber.org: Bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Vüqar Babayev APA-nın yerli bürosuna verdiyi açıqlamada bildirib.

“Məsələ ilə bağlı isə, əsas olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi tam olaraq hazır vəziyyətdədir”, - o qeyd edib.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan bildiriblər ki, məsələ ilə bağlı məlumatları var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.

Ötən gün Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı ümumilikdə tibb müəssisələrində 2000 çarpayının ayrıldığını diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam