Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlik çaylardakı su sərfini ölçdü

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən yay dövründə çaylardan keçən daşqın və sel izlərinə görə maksimal su sərflərini təyin etmək məqsədilə ölçmə işləri aparılıb.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə AzVision.az -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2015-ci ilin yay dövründə Gəncə-Qazax bölgəsinin Kürəkçay, Gəncəçay, Zəyəmçay, Qoşqarçay, Şəmkirçay, Əsrikçay, Şəki-Zaqatala bölgəsinin Balakənçay, Katexçay,Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Əyriçay və Quba-Qusar bölgəsinin Qudyalçay, Qaraçay, Vəlvələçay, Qusarçay, Çaqacuqçay, Quruçay çaylarında aparılmış çöl-tədqiqat işlərinin nəticəsində sözügedən çaylardakı maksimal su sərflərinin son beş ilin göstəricilərinə nisbətdə ən aşağı olduğu məlum olub.

Qeyd edək ki, əsasən dağlıq ərazilərdə qış dövründə yığılmış qarın əriməsi və ayrı-ayrı günlərdə düşən leysan yağışlar nəticəsində dağ çaylarında bəzi günlərdə su sərfinin kəskin artımı baş verir və hətta bəzi hallarda su çayın məcrasından çıxaraq ətrafları da basır. Qısa müddət ərzində baş verən daşqınlar zamanı çaydakı orta su sərfini dəfələrlə aşan sululuq müşahidə edilir. Həmin vaxtlarda çaylarda su sərfinin ölçülməsi qeyri-mümkün olsa da, sonradan maksimal su sərfləri daşqının izinə görə hesablanır.

Bildiririk ki, hesablamalar nəticəsində əldə olunan məlumatlar illik və çoxillik su ehtiyatlarının qiymətləndirilməsi, daşqınlar riskinin müəyyənləşdirilməsi, infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi üçün mühüm əhəmiyyətə malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam