Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Kənddən Şəhərə” Yeni il yarmarkasında aqroturizm təsərrüfatlarının təqdimatı baş tutub

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan “Kənddən Şəhərə” Yeni il yarmarkalarında “Şəhərdən Kəndə” layihəsinə qoşulmuş aqroturizm təsərrüfatlarının təqdimatı keçirilib.

Yenixeber.org: Bu barədə Nazirlikdən məlumat yayılıb.

Lənkəran rayonunda yerləşən “Citrus Valley” təsərrüfatının sahibi Rəftarə Şükürova, Astara rayonunda yerləşən “Sım Garden” təsərrüfatının sahibi Elman Yusifov və İsmayıllı rayonunda yerləşən “İvanovka Honey Farm” təsərrüfatının sahibi Andrey Antifeyev yaratdıqları təsərrüfatlar barədə şəhər sakinlərinə ətraflı məlumat veriblər. Həmçinin fermerlər istehsal etdikləri təbii məhsulları yarmarka ziyarətçilərinə təqdim ediblər.

Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkaları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakı və Abşeron ərazisində təşkil olunur. Yarmarkalarda iştirak ödənişsizdir. 30 dekabr tarixinədək hər gün fəaliyyət göstərəcək yarmarkalarda 50-ə yaxın regiondan 70-dən artıq fermer 80-ə yaxın çeşiddə kənd məhsulunu satışa çıxarıb.

“Şəhərdən Kəndə” layihəsi isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam