Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Oktyabr-noyabr aylarında keçirilən əməliyyatların xronikası -Şirvan ŞPŞ

 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr-noyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatların xronikasını təqdim edir.

Yenixeber.org: Belə ki, keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, xuliqanlıq cinayətləri edən ümumilikdə 72 nəfər saxlanılıb. Həmin şəxslərdən 47-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 34-ü barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 2 kiloqrama yaxın marixuana, 1 kiloqram 300 qramdan artıq heroin, müxtəlif çəkidə psixotrop maddə olan metamfetamin, tiryək, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən və mağazalardan oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə vətəndaşların etibarından sui-istifadə edərək onları işlə təmin edəcəyi barədə yalan vədlər verən və zərərçəkmişlərin 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirən 1, bankların qarşısında dayanaraq yaşlı insanlara kömək etmək adı ilə yaxınlaşan və pullarının ələ keçirən 1, soyğunçuluq və xuliqanlıq edən 3, hədə-qorxu ilə pul tələb edən 1 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam