Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

ASAPES tələbələri Hərbi Qənimətlər Parkında olublar -FOTOLAR

IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Akademiyanın 1-ci kurs tələbələri və yuxarı kursların aktiv tələbələri 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun döyüş meydanında məğlubiyyətə uğratdığı düşməndən qənimət kimi götürdüyü texnikaların nümayiş etdirildiyi “Hərbi Qənimətlər Parkı”nda ekskursiyada olublar.

Yenixeber.org: Ekskursiya zamanı tələbələrə Vətən müharibəsində ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqlar, düşmənin canlı qüvvə və texnika itkiləri barədə məlumat verilib.

Bu cür tədbirlərin təşkilində əsas məqsəd tələbələrin Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə əldə etdiyi hərbi qənimətlərlə tanış edilməsi, onlarda vətənpərvərlik hissinin yüksəldilməsi və azərbaycançılıq prinsiplərinin aşılanmasıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam