Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran dronlarının dağıtdığı Kiyev

 

Son aylarda Rusiya qoşunlarının həyata keçirdiyi raket və hava hücumları nəticəsində Ukraynanın Kiyev, Dnepr, Xarkov, Jitomir və Krivoy Roq rayonlarında mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Yaşayış məntəqələrindəki obyektlər, o cümlədən elektrik stansiyaları və yarımstansiyaları sıradan çıxıb, yaralılar olub.

Yenixeber.org: Paytaxt Kiyevdə hücumlar şəhərin şimal-şərqindəki Desnyanski rayonunda mühüm infrastruktur obyektlərinə edilib. Kiyevdə Dnepr çayının sol sahilində işıq və su verilişində fasilələr yaranıb.

Hücumların qarşısının alınması üçün əməliyyat həyata keçirən Ukrayna hərbçiləri İrana məxsus onlarla pilotsuz uçuş aparatlarını (PUA) vurublar.

Məsələni şərh edən Ukraynanın UNİAN İnformasiya Agentliyinin şef redaktoru Mixail Qannitskiy bildirib ki, bu dronlar istifadə taktikası sayəsində olduqca effektivdir. Onlar vasitəsilə kütləvi zərbələr endirmək mümkündür. Üstəlik, ucuz olduğuna görə Rusiyanın bu dronlardan kütləvi şəkildə istifadə etmək imkanı var. Söhbət ondan gedir ki, “Shahed” pilotsuz uçuş aparatı bu dronun vurulması üçün istifadə edilən istənilən növ hava hücumundan müdafiə sistemlərinin qiymətindən aşağıdır. Məsələn, hətta “Stinger”dən 1 raket atışı belə 1 “Shahed” PUA-dan baha başa gəlir”.

Onun sözlərinə görə, dronlardan kütləvi istifadə edilməsi nəticəsində onlardan birinin və ya bir neçəsinin hədəflərə çatmaq ehtimalı artır:

“100 dron buraxılır, onlardan cəmi dördü hədəfi vurur. Lakin 4 dronun elektrik stansiyasına zərbəsi nəticəsində belə ciddi ziyan dəyir. Bu amil olmasaydı, rusiyalı terrorçularının ukraynalılara və Ukrayna iqtisadiyyatına cəbhə xəttindən 150 kilometr uzaqda hücum etmək üçün resursları olmayacaqdı. Buna görə də ayətullahların kriminal rejimi Ukraynada müharibənin uzadılmasında birbaşa məsuliyyət daşıyır və ukraynalılara, o cümlədən müsəlman ukraynalılara qarşı soyqırımının həyata keçirilməsində əlbirdir”, - M.Qannitskiy bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam