Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya gəmiləri geri qayıdır: Türkiyə icazə vermədi -FOTO

 

Sakit Okean Donanmasının Rusiya gəmiləri fevral ayından bəri Bosfor boğazından Qara dənizə keçmək üçün Ankaradan icazə gözləyir.

Yenixeber.org: Lakin Türkiyə buna icazə verməyib.

Türkiyə Rusiya gəmilərinin Ukraynaya hücum etmək üçün Bosfor boğazından keçərək Qara dənizə daxil olmasına icazə verməyib. Doqquz ay gözlədikdən sonra Rusiya gəmiləri geriyə - Uzaq Şərqə qayıtmağa başlayıb.

Bu barədə Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun Monitorinq Qrupunun rəhbəri Andrey Klimenko məlumat verib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Sakit Okean Donanmasının “Varyaq” raket kreyseri və böyük sualtı qayıq əleyhinə “Admiral Tribus” gəmisi noyabrın 6-da Sinqapur boğazında Vladivostokdakı bazasına qayıdarkən görüntülənib.

Gəmilər 2 fevral 2022-ci ildən Aralıq dənizindədir və Ukrayna torpaqlarını atəşə tutmaq üçün Qara dənizə yola düşməyə hazırlaşırdılar.

“Boruların üzərində “Z” və “V” hərflərini görürsünüzmü? Köhnə zarafatdakı kimi: “Lazım olmadı...” Hər şey də Türkiyə və onun boğazları nəticəsində. Halbuki doqquz ay gözlədilər... Yorulmuşdular, təmir işləri üçün yer yox idi, ekipajlar “vəhşiləşmişdi”, - deyə Klimenko “Facebook” hesabında qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam