Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Britaniyanı donanmasına hücuma görə rəsmi şəkildə ittiham edib


Noyabrın 3-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnerti çağırıb və Londonun Rusiyanın Qara dəniz donanmasının gəmilərinə hücumda əli olduğu iddiasına görə ona qəti etirazını bildirib.
Yenixeber.org: Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, etiraz britaniyalı hərbi mütəxəssislərin “dənizdə təxribat əməliyyatları keçirmək məqsədilə” Ukrayna qoşunlarının hazırlanmasında və təchizatında fəal iştirakı ilə bağlı ifadə edilib.

"Britaniyalıların bu cür qarşıdurma xarakterli hərəkətləri vəziyyətin gərginləşməsi təhlükəsini daşıyır, gözlənilməz və təhlükəli nəticələrə gətirib çıxara bilər", - məlumatda deyilir.
Rusiya XİN-in saytı Böyük Britaniyanı iki ölkə arasında gərginliyin artmasına görə məsuliyyətlə hədələyib.
Xatırladaq ki, oktyabrın 29-da səhər saatlarında işğal olunmuş Sevastopolda  partlayış səsləri eşidilib .
Sonradan məlum olub ki, Sevastopol körfəzində Rusiya Qara dəniz donanmasının ən azı üç gəmisi vurulub.
Noyabrın əvvəlində sosial şəbəkələrdə yayılan peyk şəkillərindən aydın olub ki, Rusiyanın "Admiral Qriqoroviç" sinifli freqatı "Admiral Makarov" vurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam